Bakıda “Ətçilər” kimi tanınan ərazidə yerləşən kafelər və mağazalar sökülür

Cəmiyyət


Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən kafelər və ət dükanları ləğv edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, dünən axşam saatlarından başlayaraq Yasamal rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumların əməkdaşları əraziyə gəlib, orada fəaliyyət göstərən kafe-kababxanaları sökməyə başlayıblar.

Ərazidə 20-dən artıq kafe sökülüb.

Qeyd edək ki, M.Xiyabani küçəsində fəaliyyət göstərən kafelər əsasən Füzuli və Cəbrayıl rayonundan olan məcburi köçkünlər tərəfindən inşa edilərək fəaliyyət göstərirdi.

Ərazi uzun illər idi ki, “Ətçilər” kimi tanınırdı.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir