“Azərbaycanda doktorantura hələ də sovet dövründən qalan model ilə işləyir”.
APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın ümumi yığıncağında deyib.
O bildirib ki, dünyada doktorantura təhsil sisteminin bir hissəsidir. Onun da proqramı, kreditləri var:
“Yüksəkkeyfiyyətli kadr hazırlığı üçün biz doktorantura beynəlxalq şəbəkəsinə qoşulmalıyıq. Bu olmasa, elmimiz ölkə hüdudlarında qalacaq”.
www.102info.az