Sumqayıtda vəzifəli şəxsin maşını yandı – FOTO

Cəmiyyət


“Yaşadığım evin yaxınlığında mənə aid olan avtomobil yanıb. Hazırda araşdırma gedir, yanğının necə olduğu barədə dəqiq məlumat yoxdur”.

Bu barədə Oxu.Az-a açıqlamasında Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın müdiri Nizami Əhmədov məlumat verib.

O bildirib ki, nəqliyyat vasitəsi rəsmi olaraq oğlunun adına olsa da, özü idarə edirdi:

“Hadisə dünən axşam saatlarında Sumqayıtda, 6-cı mikrorayon ərazisində, yaşadığımız evin yaxınlığında olub. Maşının necə yandığı barədə dəqiq məlumat yoxdur. Aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir