Xətai rayonu, Əhmədli qəsəbəsində parklanma məsələlərinə yenidən “parkovşik”lərin baxacaqları iddia olunur.
Bu barədə Oxu.Az-a sürücülər tərəfindən məlumat verilib:
“Əhmədlidə, mağazanın qarşısında avtomobil saxlayanda “parkovşik” bir ay sonra parklanmaya özlərinin baxacağını dedi”.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) sorğu ünvanladıq.
AYNA-nın mətbuat katibi Tural Orucov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən ilin avqust ayından Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerləri Nazirlər Kabinetinin müvafiq qərarı ilə yeni qaydalar əsasında idarə olunur:
“Bu mövzuya müraciət edən KİV nümayəndələrinin şayiələrə deyil, dövlət orqanına və müvafiq hüquqi aktlara istinad etmələri tövsiyə olunur”.
Nəzrin Vahid
www.102info.az