Bakıda qiyməti “ceyran belində” olan soğan rayonlarda anbarlarda məhv olur… – VİDEO

Cəmiyyət


Bölgələrdə soğan istehsalçıları yetişdirdikləri məhsulu sata bilmirlər. Ağdam və Ağcabədidə tonlarla məhsul anbarlarda qalaraq günü-gündən məhv olur.

Xezerxeber.az-ın məlumatına görə, Ağdamda 30-35 kiloqramlıq məhsulun kisəsi 2-4 manata təklif edilir.

Fermer Samir Quluzadə deyib ki, soğanın qiymətini endirsələr də, alıcı tapa bilmirlər.

Soğan alqı-satqısı ilə məşğul olan şəxslər isə bu cür soğanları alaraq çeşidləmə aparırlar. Kisələrdə olan sağlam soğan toplanaraq təkrar satışa çıxır. Çüçərmiş soğan isə zibilə atılır.

“Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Vüqar Babayev hesab edir ki, fermerlər soğanı qış üçün normal şəraitdə saxlaya bilmirlər. Bu da qiymətlərin ucuzlaşmasına səbəb olur.

Qeyd edək ki, 2023-cü ildə ölkədə 310 min 13 ton soğan yığılıb. Bu da 2022-ci illə müqayisədə 12,8 % çoxdur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir