Gəncədə iki nəfər dəm qazından zəhərlənib

Cəmiyyət


Gəncədə iki nəfər dəm qazından zəhərlənib.

APA-nın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

1975-ci il təvəllüdlü Gülmira Yusibova və 1992-ci il təvəllüdlü Ayxan Hümbətov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə yardım edilib, vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər iki şəxs yaşadıqları evdə dəm qazından zəhərlənib.

www.102info.az