Salyanda dəhşətli qətl törədən gözətçi hökmdən narazıdır

Cəmiyyət


Qətl törətməkdə və adam öldürməyə cəhddə təqsirləndirilən Rəşad Abdullayev barəsindəki hökmdən yenidən kassasiya şikayəti verib. 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət hakim İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası martın 6-na təyin edilib.

İttihama görə, hadisə 2020-ci il iyunun 16-da saat 4 radələrində Salyan rayonunun Qaraçala ərazisində yerləşən süni balıq gölünün kənarında qeydə alınıb.

Belə ki, gölə balıq tutmaq üçün gələn iki nəfər ərazinin gözətçisi, 1995-ci il təvəllüdlü Rəşad Valeh oğlu Abdullayev tərəfindən güllələnib. 

Hadisə nəticəsində rayonun Kürsəngi kənd sakini, 1995-ci il təvəllüdlü Asif Gəray oğlu Qarayev hadisə yerində ölüb, onun həmkəndlisi 1996-cı il təvəllüdlü Fərzalı Vidadi oğlu Aydınov isə güllə yarası alıb.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il müddətinə azadlıqdan məhrum edilib. Şirvan Apellyasiya Məhkəməsi Rəşad Abdullayevin apellyasiya şikayətini qismən təmin edilərək Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünü dəyişdirib. Məhkum əməlinin tövsifi Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) maddələrindən CM-in 123.1-ci (zəruri müdafiə həddini aşmaqla qəsdən adam öldürmə)  maddəsinə dəyişdirilib və ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilib.

Ali Məhkəmə kassasiya protestini təmin edib, Şirvan Apellyasiya Məhkəməsinin qərarını ləğv edilərək işi yeni apellyasiya baxışına təyin edib. Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə verilmiş apellyasiya şikayətləri təmin edilməyib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılıb.

Məhkum 16 iyun 2020-ci il tarixdən 3 dekabr 2021-ci il tarixədək həbsdə saxlanıldığı 1 il 5 ay 17 gün müddət təyin edilmiş 16 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində 14 il 6 ay 13 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılıb. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum müdafiəçiləri tərəfindən kassasiya şikayəti verilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir