Bu gün saat 14:15-də “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə məxsus yol təmiri maşını (drezin) Xaçmaz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs qəfil drezinin qarşısına çıxıb.
Oxu.Az bu barədə ADY-yə istinadən xəbər verir.
Məlumata görə, maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib.
www.102info.az