Gəncədə ana və oğlu dəm qazından zəhərləniblər, ölən var

Cəmiyyət


Gəncədə dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin Atatürk prospektində yerləşən binaların birində qeydə alınıb.

Sözügedən ünvanda yaşayan ana və oğlu dəm qazından zəhərləniblər.

Qadın dünyasını dəyişib, övladı isə xəstəxanaya yerləşdirilib.

İlhamə Əbülfət

www.102info.az