“Neftçi”nin kapitanının son durumu AÇIQLANDI

Cəmiyyət


Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la oyunda zədələnən “Neftçi”nin futbolçusu Emin Mahmudovun durumu müəyyənləşib.

Bakı klubunun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, 31 yaşlı yarımmüdafiəçinin aşağı daban oynağında gərilmə aşkarlanıb.

Komandanın kapitanı bugünkü məşqdə iştirak etməyəcək. Martın 6-da isə yenidən müayinədən keçəcək. Onun zədəsi yalnız müayinənin ardından bilinəcək.

Qeyd edək ki, “Qarabağ”la görüşdə rəqibin yarımmüdafiəçisi Marko Yankoviçin müdaxiləsindən sonra Emin Mahmudov ayağından xəsarət alıb. Azərbaycan millisinin üzvü görüşün 51-ci dəqiqəsində əvəzlənib. Qarşılaşma “Qarabağ”ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir