“8 mart Beynəlxalq Qadınlar Günü ilə bağlı valideynlərə çağırış edərək bildirirəm ki, müəllimlər üçün əsas dəyər şagirdlərinin nəticələridir”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov media üçün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, 8 Martla bağlı valideyn komitələrinə və təlimatçılara təlimatlar göndərilib:
“Bununla məhdudlaşsaq, heç kimi narazı salmarıq. Əgər hər hansı neqativ hal müşahidə edilsə, qabaqlayıcı tədbirlər görüləcək”.
İlhamə Əbülfət
www.102info.az