“TikTok”da izləyici qazanmağın yolları – ARAŞDIRMA + VİDEO

Cəmiyyət


“TikTok” sosial şəbəkəsi 2016-cı ildə Çində yaradılıb.

Əvvəl elə yarandığı ölkədə populyarlıq qazanıb. 2018-ci ildə beynəlxalq versiyası tətbiq ediləndən sonra bütün dünyada məşhurlaşıb. “TikTok”un elə həmin il artıq 150 ölkədə bir milyard istifadəçisi var idi.

Maraqlı faktlardan biri də odur ki, bu platforma haqqında cəmiyyətdə müsbət olduğu kimi mənfi rəylər də çoxdur. Amma sosial şəbəkə zəmanəsinin əsas prinsiplərindən biri də odur ki, istənilən marağa sahib olan insanlar üçün kontent (məzmun) tapmaq mümkündür.

Azərbaycanda da “TikTok” sosial şəbəkəsində ortaya maraqlı və faydalı məzmun çıxaranlar var.

Azərbaycan dili müəllimi Aida Hacıyeva və rəssam Anar Abdayev həmin istifadəçilərdəndir.

Onlar Baku TV-yə müsahibələrində “TikTok”da düzgün kontent yaratmaq üçün sərf edilən əməkdən, izləyici qazanmağın yollarından danışıblar, eləcə də maraqlı ideyaların bu platforma vasitəsilə necə reallaşdırıla biləcəyi ilə bağlı məsləhətlər veriblər.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir