Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Oxu.Az-ın məlumatına görə, proses hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.
N.Şakirli artıq məhkəmə salonuna gəlib. Onun atası, qardaşı, eləcə də bloqer dostları məhkəmə prosesində iştirak edəcəklər.
Məhkəmə prosesi 09:30-da başlayacaq.
Könül Cəfərli
www.102info.az