Salyanda 67 yaşlı kişinin Kürə düşdüyü ehtimal olunur

Cəmiyyət


Salyan rayon sakini itkin düşüb.

“Report”un Aran bürosunun məlumatına görə, rayonun Babazənən yaşayış massivinin sakini, 1957-ci il təvəllüdlü Hüseyn İsrafil oğlu Ələkbərov dörd gün öncə evdən çıxıb və geri qayıtmayıb.

Onun Kür çayına düşdüyü ehtimal olunur.

Bu gün səhər saatlarından etibarən aidiyyəti qurumlar tərəfindən Kür çayında axtarış başlayıb. Hazırda onun tapılması istiqamətində tədbirlər görülür.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir