Şamaxı sakini intihar edib

Cəmiyyət


Şamaxı rayonunda intihar hadisəsi baş verib.

“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, Şamaxı sakini, 1977-ci il təvəllüdlü Ramin Vaqif oğlu Dəmirov özünü kəndirlə asaraq intihar edib. Hadisə yerinə rayonun hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunublar.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Şamaxı rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az