Bakıda qadın dəm qazından öldü

Cəmiyyət


Paytaxtın Yasamal rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, 1950-ci il təvəllüdlü Şəfiqə Murquz qızı Məmmədova Çingiz Mustafayev küçəsindəki evinin hamam otağında olarkən dəm qazından zəhərlənib.

O, hadisə yerində vəfat edib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

www.102info.az