“Şahdağ”da beynəlxalq xizək alpinizmi yarışı keçirilir – FOTO

Cəmiyyət


Beynəlxalq Xizək Alpinizm Federasiyasının (International Ski Mountaineering Federation-ISMF), Qış idman Növləri Federasiyasının və “Şahdağ” Turizm Mərkəzinin birgə təşkilatçılığı ilə xizəkçilər arasında yarış keçirilir.

“Report”un Şimal bürosunun məlumatına görə, idman tədbirində “Şahdağ” Turizm Mərkəzinin sədri Rüstəm Nəcəfov, Qış İdman Növləri Federasiyasının baş katibi Günel Bədəlova, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Beynəlxalq Xizək Alpinizm Federasiyasının Baş hakimi Oriol Montero, Gənclər və İdman nazirliyinin idman şöbəsinin müdiri Elnur Məmmədov iştirak edirlər.

Tədbirdə 11 ölkəni təmsil edən 60 yaxın idmançı xizək yarışının “sprint yürüşü” üzrə birincilik uğrunda mübarizə aparırlar.

Turnirin keçirilməsinin əsas məqsədi ölkədə qış idman növlərini təşviq etmək, insanlar arasında xizək idman növlərinə marağı artırmaq, həmçinin mərkəzin beynəlxalq yarışların təşkili istiqamətində təcrübəsini genişləndirməkdir.

Onu da qeyd edək ki, iki gün davam edəcək turnirin sonunda qaliblər “Şahdağ” Turizm Mərkəzi və Qış İdman Növləri Federasiyası tərəfindən medallar və diplomlarla təltif olunacaqlar, o cümlədən onlara müxtəlif həvəsləndirici hədiyyələr təqdim ediləcək.

Qeyd edək ki, “Şahdağ” Beynəlxalq Xizək Alpinizmi yarışı martın 10-da vertikal növ üzrə davam edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir