Cəbrayılda ağır qəza: Ölənlər və yaralananlar var – FOTO

Cəmiyyət


Cəbrayılda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Marallı kəndində qeydə alınıb. “Mercedes” və VAZ-2107 markalı minik maşınlarının toqquşması nəticəsində üç nəfərin – Mehdi Mehdiyev, Etibar Əliyev və Əli Cəfərovun öldüyü bildirilir.

Xəsarət alan üç nəfər isə Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir