İmişlidə avtomobil qəzası: Xəsarət alanlar var

Cəmiyyət


İmişli rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun İmişli rayonunun Hacırüstəmli kəndindən keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı İmişli rayonunun Aranlı kənd sakinləri – Şahin Kərimov və Şahmar Kərimov xəsarət alıblar.

Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir