Cəlilabadda avtomobil elektrik dirəyinə çırpılıb – FOTO

Cəmiyyət


Cəlilabad rayonunda yol qəzası baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Şiləvəngə kəndi ərazisində qeydə alınıb.

Belə ki, idarəetməni itirən “Mercedes-Benz” markalı minik avtomobili yolun kənarında elektrik dirəyinə çırpılıb.

Nəticədə dirək zədələnib, elektrik naqilləri qırılıb və yolun hərəkət hissəsinə tökülüb.

Qəza zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love