Bakıda kişi kimyəvi maddə içərək ölüb

Cəmiyyət


Bakıda kişi kimyəvi maddə içərək ölüb.

APA xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

1987-ci il təvəllüdlü Sergey Dmitrakov yaşadığı evdə kimyəvi maddə içib. Bunun nəticəsində zəhərlənən kişi xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, Sergey Dmitrakovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az