Azərbaycanda həbs edilən 2 nəfər Özbəkistana ekstradisiya edilib

Cəmiyyət


Özbəkistan Respublikasının vətəndaşları 1989-cu il təvəllüdlü Şaxboz Komil oğlu Şodiyev və 1997-ci il təvəllüdlü Şaxboz Akmalxon oğlu Satımboevin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair həmin dövlətin Baş Prokurorluğunun vəsatətləri Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Özbəkistanda dələduzluq, mənimsəmə və ya israf etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə əməllərinin törədilməsində təqsirləndirilən Ş.K.Şodiyev, dələduzluq, pasport və ya digər mühüm şəxsi sənədlərin qanunsuz əldə edilməsi əməllərinin törədilməsində isə təqsirləndirlən Ş.A.Satımboev beynəlxalq axtarışa verilib. Qeyd olunan şəxslər 2023-cü ildə Azərbaycanda müəyyən edilərək barələrində həbs qətimkan tədbiri seçilib.

“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” yeddi oktyabr 2002-ci il tarixli Konvensiyaya əsasən təqsirləndirilən şəxslərin ekstradisiyası haqqında qərarlar qəbul edilərək, onlar Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyun müşayiəti ilə sorğu edən ölkənin səlahiyyətli orqanlarına təhvil veriliblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir