Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, bu gündən metronun “28 May” stansiyasının qarşısına şəxsi avtomobillərlə giriş qadağan edilib.
Oxu.Az-ın xəbərinə görə, artıq ərazidə müvafiq nişanlar quraşdırılıb. Ancaq ictimai nəqliyyatın girişinə icazə var.
Əvvəl parklanma yeri kimi istifadə olunan ərazi isə boşaldılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl Xaqani bağının yaxınlığı da “avtomobilsiz zona” elan edilib.
Firəngiz Ağalarova
www.102info.az