Naxçıvanda avtomobil dirəyə çırpılıb, xəsarət alan var

Cəmiyyət


Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə şəhərin İstiqlal küçəsində qeydə alınıb.

71-BA-213 dövlət nömrə nişanlı, VAZ-2107 markalı avtomobilin önünə piyada çıxdığından idarəetməni itirib.

Yoldan çıxan maşın əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra səkinin üstünə aşıb. Hadisə nəticəsində sürücü xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az