Xaçmazın Niyazoba kəndində yaşayan azsaylı xalqlardan olan tatlar yel çərşənbəsini böyük coşqu ilə qeyd edirlər. Kimi buğda üyüdür, lavaş yayır, kimi yun darayır, kimi də nehrə çalxalayır.
Baku TV-nin əməkdaşı sözügedən kənddə olub, tatların Novruz adət-ənənələri ilə tanış olub.
“Tatlar çərşənbədə çığırtma bişirirlər, bu yeməyi çox sevirik. Bayramda şorqoğalı hazırlayırıq, aş dəmləyirik, yumurta bəzəyirik. Qonşulara qulaq pusmağa gedirik”, – kənd sakini söyləyib.
Ətraflı süjetdə:
www.102info.az