Zabuxçay su anbarı bu il istifadəyə veriləcək – AÇIQLAMA

Cəmiyyət


“Bu ilin ortalarına kimi Laçın rayonunun Zabux kəndində su anbarının tikilib təhvil verilməsi gözlənilir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakı Su Həftəsi Beynəlxalq Konfransının (“Baku Water Week Conference”) açılış mərasimində deyib.

“Azərbaycanda 20-yə yaxın kanalın bərpa olunması nəzərdə tutulub. Hazırda onlardan 6-sının bərpa olunması istiqamətində işlər davam edir, 2-də işlər artıq başlama üzrədir, 12-də isə hazırlıq işləri bitmək üzrədir. Bundan başqa 13 anbarın yenidənqurulması məsələsi var. Onlardan 2-si bərpa olunub”, – deyə o qeyd edib.

Z.Mikayılov əlavə edib ki, paralel olaraq digər anbarların texniki-iqtisadi əsaslandırılması aparılır.

Qeyd edək ki, Həkəriçay üzərində Zabuxçay su anbarının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işlərini Türkiyənin “Cengiz İnşaat Sənaye və Ticarət” A.Ş. aparır. Bu işlərin görülməsi üçün şirkətlə 128,2 milyon manatlıq müqavilə imzalanıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir