Ağstafada həkimlə azyaşlının doğmaları arasında mübahisə düşüb.
Ağstafanın Poylu kəndindən olan Qurbanovlar ailəsi 6 yaşlı Yusifi Qazax Rayon Mərkəzi Xəstəxanasına gətiriblər.
Ailə üzvləri iddia edirlər ki, stomatoloq Rövşən Məmmədov uşağı döyüb.
Həkim isə Baku TV-yə açıqlamasında deyib ki, keyidici iynə vuran zaman uşaq onu özünə yaxın qoymayıb:
“İynənin ucu uşağın dodağına dəydi, azca qan çıxdı. Pambıqla quruladıq, anasına dedim ki, narahat olmayın. Damağı keyidikdən sonra yenidən yanıma gələndə uşaq ağzını açmaq istəmədi. Nə əlini, nə ayağını tuta bildik. Barmağımı dişlədi, çənəsini açmadı. Mən də ağzına vurmalı oldum”.
Qeyd edək ki, Qurbanovlar ailəsi 63 yaşlı stomatoloqdan hüquq-mühafizə orqanlarına şikayət edəcəyini bildirib.
www.102info.az