Bakı metrosunda qatarların hərəkətində niyə gecikmə baş verib? – AÇIQLAMA

Cəmiyyət

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində fasilə yaranıb.

Metronun “İnşaatçılar” stansiyasından “28 May” stansiyasına qədər qatarın hərəkətində müəyyən fasilələr yaranıb.

Belə ki, qatar bir neçə dəfə qısa müddət ərzində tuneldə dayanıb.

“Bakı Metropoliteni”nin mətbuat katibi Bəxtiyar Məmmədov məsələ ilə bağlı Bizim.media-nın sorğusuna cavab olaraq bildirib ki, hər hansı təşvişə səbəb olacaq problem olmayıb:

“Bayramqabağı sərnişinlərin qapıları tutub saxlaması kimi müəyyən hallar olursa, qatarların hər bir stansiyada təyin olunmuş vaxtdan əlavə 15-30 saniyə yubanması halı olur. Əvvəlki qatar isə stansiyadan çıxmalıdır ki, arxadakı daxil ola bilsin. Bu kimi hallar bu gün olub. Lakin hər hansı təşviş yaradacaq və ya texniki problem olmayıb”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir