Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumata görə, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsi və Heydər Əliyev prospektinin kəsişməsində qeydə alınıb.
Lənkəran rayonunun Sütəmurdov kənd sakini Elşən Hikmət oğlu Əskərovun idarə etdiyi VAZ-2104 markalı minik avtomobili “Nissan Note” markalı minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində sürücü E.Əskərov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






www.102info.az