İki körpəsi də xəstə olan ana: “Onları itirəcəyimi düşünəndə dəli oluram” – FOTO

Cəmiyyət

İlham və Səid Məmmədovların sağalmağı üçün dəstəyə ehtiyacları var.

Bu barədə Oxu.Az-a onların anası Nərmin Məmmədova məlumat verib.

O bildirib ki, övladlarının ikisi də fərqli xəstəliklərdən əziyyət çəkir.

“Böyük oğlum İlhamın iki yaşı olanda leykozdan əziyyət çəkdiyini öyrəndik. Hazırda dörd yaşı var. İnanın, bildiyimiz gündən müalicələrdəyik. Vəziyyəti ağırlaşmasın deyə əlimizdən gələn hər şeyi edirik, amma müalicələri davam etdirməyə artıq imkanımız yoxdur. Hazırda onun müalicəsi üçün 800 manata ehtiyacımız var”.

Nərmin Məmmədova bildirib ki, kiçik övladı Səidin isə sidik refleksi yoxdur.

“Səidin bir yaşı var. Doğulanda sidik refleksi yox idi. Bir neçə ay öncə sizin saytın izləyicilərinin dəstəyi ilə əməliyyat olundu. Hazırda isə müalicələrini davam etdirməliyik. Müalicə üçün 500 manata ehtiyacımız var”.

Gənc ana övladları üçün dəstək istəyib:

“İki övladının da xəstə olması bir ana üçün çox dəhşətlidir, ağırdır. Bilmirəm hansına qaçım, hansına çatdırım. Övladlarımın müalicəsini bir neçə müddətdir ki, sizin saytın izləyicilərinin dəstəyi ilə edirik. Onlara nəsə olacağını düşünəndə elə bilirəm dəli olacağam. İnanın vəziyyətimiz heç yaxşı deyil. Yardımsevər şəxslərə övladlarıma dəstək olmaları üçün yalvarıram. Bizi bu yolda tək buraxmayın, xahiş edirəm”.

Ailə ilə əlaqə: (055) 982-76-26.

Kapital Bank: 4169 7388 1075 9211.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir