Xaçmaz-Xudat yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib
Baku.ws xəbər verir ki, hadisə bu gün səhər saatlarında qeydə alınıb.
Sürücünün idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı ölən və yaralananların olub-olmadığı barədə məlumat yoxdur.
Hadisə yerinə Dövlət Yol Polisi Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.
www.102info.az