“Aydınlığa doğru” İB-nin sosial çarxları təqdim olunub

Cəmiyyət

Mart ayının 16-da “Dəniz Mall” “CineMastercard” zalında “Aydınlığa doğru” İctimai Birliyinin dəstəyi ilə çəkilən, Ramazan ayının dəyərlərinə həsr olunmuş iki sosial çarxın təqdimatı olub.

Oxu.Az xəbər verir ki, Xalq artistləri Səidə Quliyeva, Pərviz Məmmədrzayev də daxil olmaqla böyük yaradıcı heyətin ərsəyə gətirdiyi sosial çarxlarda diqqət müqəddəs Qurani-Kərimi oxumağın vacibliyinə, bu ayda xeyirxah əməllərin, yardımlaşmanın təşviqinə yönəldilib.

Görüşdə “Aydınlığa doğru” İB-nin 15 illik fəaliyyətinə həsr olunan videoçarxın nümayişindən sonra birliyin sədri Solmaz Əmirli, sosial çarxların çəkilişində fəal iştirak edən Ləman Mirqədirova və Fəridə Əfəndi, çarxların ssenari müəllifi Pərviz Seyidli, rejissoru Elçin Elxanlı çıxış ediblər.

Ziyalıların, gənclərin diqqətinə çatdırılan sosial çarxlar böyük maraqla izlənilib və alqışlarla qarşılanıb.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir