Bakıda eyni rayon ərazisində fərqli qiymətə satılan mənzillər – ARAŞDIRMA + VİDEO

Cəmiyyət

Paytaxtda MTK-lar tərəfindən eyni ərazidə bir kvadratmetri fərqli qiymətlərə mənzillər satışa çıxarılır.

Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, inkişaf etmiş ölkələrin əksəriyyətində daşınmaz əmlakların tikildiyi şəhərlərə, ərazilərə hətta onların yerləşdiyi küçələrə görə vahid satış qiymətləri olur.

Onun sözlərinə görə, Bakıda isə mənzillərin satışı fərqli qaydada həyata keçirilir.

Ekspert qeyd edib ki, bəzi MTK-lar müxtəlif yollarla Bakıda yeni tikilən binalarda mənzillərin qiymətini süni şəkildə artırırlar.

E.Fərzəliyev onu da əlavə edib ki, bu sahədə sui istifadə hallarının qarşısını almaq üçün nəzarət mexanizmi gücləndirilməlidir.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir