“1988-ci ildən – 1994-cü ilə qədər 3 890 azərbaycanlı itkin düşüb”.
Oxu.Az-ın məlumatına görə, bunu baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, itkin düşənlərdən 3 171 nəfəri hərbi qulluqçu, 719-u isə mülki şəxslər olub:
“Birinci Qarabağ döyüşlərində itkin düşmüş şəxslərdən 553 nəfərin qalıqları aşkar edilib”.
İlhamə Əbülfət
www.102info.az