Beş və daha çox uşağı olan qadınların yaş həddi 5 il azaldılmaqla erkən dövrdə yaşa görə əmək pensiyası hüququ var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmçinin ana vəfat etdiyinə və ya ana ilə nikaha xitam verildiyinə, yaxud ana valideynlik hüququndan məhrum edildiyinə görə beş və daha çox uşağı böyüdən ataların da qanunvericiliyə uyğun şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ var.
Hazırda pensiyaçıların 220 min nəfəri uşaqlara, həmçinin əlilliyi olan uşaqlarına, eləcə də qəyyumluğuna görə güzəştli şərtlərlə erkən dövrdə yaşa görə pensiya təyin edilmiş şəxslərdir.
www.102info.az