Bərdədə it dişləyən azyaşlının vəziyyəti açıqlanıb.
Bərdə Rayon Mərkəzi Xəstəxanasından APA-ya bildirilib ki, azyaşlıya ilkin tibbi yardım göstərilib, quduzluğa qarşı vaksin vurulduqdan sonra ambulator müalicə üçün evə buraxılıb.
18:12
Bərdədə yeddi yaşlı uşağı it dişləyib.
APA xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb.
2017-ci il təvəllüdlü Dəniz Kənan qızı Rəhimova həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib.
Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
www.102info.az