Lənkəranda qəza: Ölən və yaralananlar var – FOTO

Cəmiyyət

Lənkəran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Liman şəhəri ərazisində baş verib.

Belə ki, VAZ-2106 və VAZ-21011 markalı avtomobillərin toqquşması nəticəsində, ilkin məlumata görə, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az