Bakıda arvadı onu döyən ərini bağışlamadı: Həbs qərarı verildi

Cəmiyyət




Bakıda yaşayan 34 yaşlı Türkiyə vətəndaşı H.A.Yemlihan arvadını döydüyünə görə həbs edilib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Nizami rayonu ərazisində baş verib.

H.A.Yemlihan ifadəsində deyib ki, hadisə vaxtı sərxoş vəziyyətdə olub.

O, gözəllik salonunun qarşısında arvadı Gülərin (şərti ad-red) telefonunu almaq istəyib, bu əsnada aralarında mübahisə yaranıb. Sərxoş olduğuna görə onu vurub, bir müddət sonra isə polis əməkdaşları tərəfindən tutulub. 

Gülər izahatında əri ilə barışmaq istəmədiyini, qanunla müəyyən edilmiş həddə cəzalandırılmasını istəyib. 

Məhkəmənin qərarı ilə H.A.Yemlihan İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə təqsirli bilinərək 20 sutka müddətinə həbs edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir