Salyanda avtomobil aşıb: Xəsarət alanlar var

Cəmiyyət




Salyanda yol-nəqliyat hadisəsi baş verib, xəsarət alanlar var.

“Report”un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində Kürsəngi kənd sakinləri – 1989-cu il təvəllüdlü Bilal Əlibaba oğlu Rüstəmov və Ağa Rüstəm oğlu Ağamalıyev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir