Azərbaycanda sərnişin avtobusunda təhlükəli anlar yaşanıb.
Oxu.Az xəbər verir ki, hadisə Tərtər-Bakı üzrə işləyən nəqliyyat vasitəsində qeydə alınıb.
Belə ki, nəqliyyat vasitəsinin sükanı anidən əsməyə başlayıb. Bu, texniki problem üzündən baş verib.
Sürücünün soyuqqanlı davranışı avtobusun qəzaya düşməsinin qarşısını alıb.
O özünü itirməyərək, sükana nəzarət edib və avtobusu yolun kənarına çəkə bilib. Həmin an baş verənlər ətrafdakılar tərəfindən lentə alınıb.
www.102info.az