Bakının Nərimanov rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə Aşıq Molla Cümə küçəsi, 2A ünvanında baş verib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, intihar edən şəxs 1972-ci il təvəllüdlü Habil Abbasovdur. 11-ci mərtəbədən özünü atan Habilin xəstəliyi səbəbindən intihar etdiyi güman olunur. Şəxs yerindəcə dünyasını dəyişib.
Nəzrin Vahid
www.102info.az