Azərbaycanda yüksəkmaaşlı sahələr – SİYAHI

Cəmiyyət




2024-cü il martın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1727,2 min nəfər olub, onlardan 899,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 827,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,8% artaraq 946,8 manat olub.

Hesabat dövründə əməkhaqqı neft-qaz sektorunda 3 948,2 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 901,8 manat, özəl müəssisələrdə isə 996,5 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub. 

Hesabat dövründə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı (manat)   

İqtisadi fəaliyyət növləri Cəmi o cümlədən
dövlət qeyri-dövlət
Ölkə üzrə – cəmi 946,8 901,8 996,5
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq 528,0 496,1 552,7
Mədənçıxarma sənayesi 3 298,6 2 097,2 3 948,2
Emal sənayesi 866,9 1 207,1 815,2
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı 1 035,7 1 030,7 1 349,3
Su təchizatı, tullantıların təmizlənməsi və emalı 706,9 657,9 1 155,8
Tikinti 1 044,7 958,3 1 069,9
Ticarət; nəqliyyat vasitələrinin təmiri 658,8 887,2 657,0
Nəqliyyat və anbar təsərrüfatı 1 341,1 1 359,5 1 315,9
Turistlərin yerləşdirilməsi və ictimai iaşə 732,0 1 484,0 701,7
İnformasiya və rabitə 1 639,5 1 373,1 1 845,8
Maliyyə və sığorta fəaliyyəti 2 325,9 2 665,5 2 241,3
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar 936,9 988,5 917,5
Peşə, elmi və texniki fəaliyyət 1 538,4 972,8 2 079,8
İnzibati və yardımçı xidmətlərin göstərilməsi 600,0 549,1 732,0
Dövlət idarəetməsi və müdafiə; sosial təminat 1 254,0 1 293,1 458,6
Təhsil 742,2 734,4 903,5
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi 820,4 842,4 716,4
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət 708,8 668,2 1 080,8
Digər sahələrdə xidmətlərin göstərilməsi 1 074,4 1 388,7 983,1

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir