Sakinlərin şikayətinə səbəb olan restoranın sahibi barədə ölçü götürüldü – VİDEO

Cəmiyyət




“Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi 241 ünvanında fəaliyyət göstərən “Kaman House” restoranından atmosfer havasına atılan maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib”.

Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Qafar Ağayev deyib.

O, qeyd edib ki, metronun “Əhmədli” stansiyasının çıxışındakı “Kaman House” restoranından havaya tüstü və iy-qoxunun yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun əməkdaşları tərəfindən aparılan monitorinq və ölçmə işləri zamanı restorandan atmosferə atılan maddələrin miqdarının normadan artıq olduğu müəyyən edilib.

“Faktla bağlı “Kaman House” restoranının rəhbəri Fərid Əsədov barəsində akt, protokol tərtib olunub və qanunamüvafiq tədbir görülüb”.

Xatırladaq ki, Xətai rayonu, metronun “Əhmədli” stansiyasının çıxışındakı restorandan havaya buraxılan tüstünün ətrafda yaşayan insanları narahat etməsi və dəfələrlə edilən müraciətlərə baxmayaraq, hər hansı tədbir görülməməsi ilə bağlı Oxu.Az-ın redaksiyasına şikayət daxil olmuşdu.

Əzizə İsmayılova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir