Baku TV pulla sosial yardım düzəldən şəxsləri ifşa edib.
Belə ki, paytaxtın Nizami rayonu ərazisində divara sosial yardımın düzəldilməsi ilə bağlı elan vurulub.
Baku TV-nin əməkdaşları sosial yardım düzəldən şəxslərlə əlaqə saxlayıb və onların qeyd etdiyi ərazidə olub.
Paralel olaraq Daxili İşlər Nazirliyinin (DİN) “102” çağrı mərkəzinə də bu barədə məlumat verilib.
Həmin şəxslər “iş başında” tutularaq polis idarəsinə aparılıblar.
Hadisə ilə bağlı Sabunçu rayonu 13-cü Polis İdarəsində araşdırma aparılır.
Ətraflı süjetdə:
www.102info.az