Paytaxtın “28 May” stansiyası yaxınlığında taksi sürücüləri dayanacaqların azlığından şikayətçidirlər.
Onlar bildiriblər ki, sözügedən ərazidə taksi dayanacaqları üçün ayrılan yer həm çox kiçikdir, həm də sayı azdır. Sürücülər həmçinin qeyd ediblər ki, digər şəxsi avtomobillər taksi dayanacağı üçün nəzərdə tutulan yerdə park edirlər.
Bu da onlar üçün problem yaradır.
“Şəxsi maşınlarını gətirib qoyurlar, bir də axşam götürürlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) taksi dayanacaqlarına nəzarət etməlidir. Bizi camaatla niyə üz-üzə qoyurlar? Taksi dayanacağında taksi park etməlidir. Dayanacaqları çoxaltmaq və onlara nəzarət etmək lazımdır”, – taksi sürücüsü şikayətini bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
www.102info.az