COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfələr verəcək – RƏY

Cəmiyyət




Milli Məclisin deputatı Vahid Əhmədov COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin dünyada layiqli təmsilçiliyinə böyük töhfə verəcəyini deyib.

Deputat “Report”a açıqlamasında bu gün yaşıl enerjiyə keçidin bütün dünyada diqqət mərkəzində olan əsas məsələlərdən biri olduğunu qeyd edib:

“Azərbaycan da sözügedən məsələ ilə əlaqədar bir sıra layihələr həyata keçirib və bundan sonra da alternativ enerjiyə keçidlə bağlı layihələrin icrası davam etdiriləcək. O baxımdan, Azərbaycan ekoloji cəhətdən təmiz məhsul istehsal etmək üçün yaşıl enerjiyə diqqətin artırılmasına töhfə və dəstək verən ölkələr sırasındadır”.

Millət vəkili vurğulayıb ki, qeyd olunan sahəyə verilən önəmin bariz nümunələrindən biri də Azərbaycanın bu il COP29-a ev sahibliyi etməsidir:

“Ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etmək təcrübəsi kifayət qədər böyükdür və belə tədbirlər hər zaman yüksək səviyyədə təşkil olunub”.

V.Əhmədov bildirib ki, COP29 kimi mötəbər tədbirin Azərbaycanda keçirilməsi burada sabitliyin möhkəm təməllər üzərində qurulduğunu bir daha sübut edir:

“Bütün bunlarla yanaşı, ölkəmizin iqlimlə əlaqədar əhəmiyyətli bir tədbirə ev sahibliyi etməsi, Azərbaycanın dünyada bir çox fərqli sahələrdə tanıdılmasına və layiqli təmsilçiliyinə böyük töhfələr verəcək”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir