Yanıq xəsarətləri alan beş yaşlı Aleynanın sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günay Hacıyeva məlumat verib.
O bildirib ki, qızı Aleyna bu il fevralın 27-də yanıb.
“Aleynanın beş yaşı var. Biz İsmayıllıda yaşayırıq. Hamamda şərait olmadığı üçün suyu qazanda qaynadıb çimirik. Aleynanı çimizdirmək üçün su qızdırmışdım. Yanından keçərkən görməyib, köynəyi qazanın qoluna ilişib, suyu üzərinə dağıdıb. Həmin gün onu rayon xəstəxanasına aparsaq da, bizi Bakıya göndərdilər”.
Günay Hacıyeva övladının müalicəsi üçün hazırda 800 manata ehtiyacı olduğunu deyib.
“Biz Bakıda yerləşən xəstəxanalardan birində müalicə aldıq. Martın 9-da xəstəxanadan çıxıb evimizə, İsmayıllıya geri döndük. Hazırda müalicələrimizi davam etdirmək üçün 800 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (077) 310-54-88.
Uni Bank: 4098 0944 2140 8442.
www.102info.az