Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanının nəticələrinə görə 300 bal toplamaqla ən yüksək nəticə göstərən abituriyentlərdən biri də Sumqayıt şəhər İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Tofiq Amil oğlu Ələsgərovdur.
Həyatının ən qürurlu və sevincli anlarını yaşayan Amil AZƏRTAC-a açıqlamasında İnformatika təhlükəsizliyi ixtisasına yiyələnmək istədiyini və bu məqsədlə təhsilini Bakı Ali Neft Məktəbində davam etdirmək niyyətində olduğunu bildirib.
“İmtahan nəticələrini səbirsizliklə gözləyirdim. Adımı 39 rekordçu sırasında görəndə çox sevindim. Çəkdiyim əziyyət bəhrəsini verdi. Mənim üçün bu, ilk böyük uğurdur. Bu gözəl nəticənin əldə olunmasında ailəmin, müəllimlərimin danılmaz rolu var”, – deyə Amil vurğulayıb.
Xatırladaq ki, martın 10-da keçirilmiş buraxılış imtahanında 39 nəfər 300 bal toplayıb, onlardan altısı Sumqayıt məzunudur.
www.102info.az