Qanduruldan dərmanlar hansı yaşdan qəbul olunmalıdır? – Mütəxəssis AÇIQLADI

Cəmiyyət




“Xalq arasında bir deyim var ki, 40 yaşından sonra bəzi qanduruldan dərmanlar qəbul olunmalıdır. Bu fikrin doğru və yanlış tərəfləri var”.

Oxu.Az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında nazirliyin mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova açıqlayıb.

Onun sözlərinə görə, istənilən dərmanda olduğu kimi qanduruldan kimi ciddi dərman qrupunu həkim tövsiyəsi və həkim nəzarəti olmadan qəbul etmək təhlükəli nəticə verə bilər:

“Qanduruldanların nəzarətsiz istifadəsi ciddi qanaxmalara, qaraciyər çatışmazlığına səbəb ola bilər. Araşdırmalar zamanı 40-45 yaşdan yuxarı insanların uzun müddət bu tip dərmanlardan istifadəsi ürək-damar probleminin qarşısını almağa imkan versə də, ciddi mədə-bağırsaq, beyiniçi qanamalarla müşahidə edilir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir