Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə buraxılıb – FOTO

Cəmiyyət




Aprelin 6-sı səhər saat üç radələrində səhhətində yaranmış problemlə bağlı Mərkəzi Gömrük Hospitalına gətirilən Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb.

Bu barədə Oxu.Az-a hospitaldan məlumat verilib.

Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov və Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti evə yola salıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir